Atalar sözləri

İohann Volfqanq Götedən aforizmlər

Yaşamağa və azadlığa o adam layiqdir ki, hər gün bunların uğrunda döyüşür.
 
Təbiət öz hərəkətində dayanmaq bilmir və hər cür fəaliyyətsizliyi edam edir.
 
Səhvi aşkar etmək həqiqəti tapmaqdan xeyli asandır.
 
Qızıla tutulan günah, ən sərt hakimlərin də silahını sındırar.
 
Özünü azad bilən quldan daha ümitsiz qul ola bilməz.
 
İşini fikirləri ilə, fikirlərini işləri ilə yoxlamağa adət etmiş adam səhv etməz. Səhv etsə də yenə o tezliklə həqiqət yolunu tapar.
 
İnsanın adları onun portretini əks etdirən güzgüdür.
 
İnsan atasına borclu olduğu hörməti ancaq ata olduğu zaman anlayar.
 
Həyata keçməyən yüksək məqsədlər, həyata keçmiş alçaq niyyətlərdən qiymətlidir.