Zahid Xəlil. Qatır
Qatıra bax, qatıra,
Deyir:
- Qoşun qatara,
Onu çəkib aparım.
Dedilər ki, a qatır,
Sən eşşəksən, yoxsa at?
Dedi: - Heç tələsməyin
Başa salım bu saat:
Anam at, atam eşşək
Gəl bu sualdan əl çək.
İstəsəm lap maşını
Təkbaşına dartaram
Eşşəkdən də, atdan da
Qüvvətliyəm, qatıram!