Şeirlər

İlyas Tapdıq. Çiyələk yığan

Qәşәng qız gәzir,
Otları әzir,
Tapır lәklәri,
Dәrir birbәbir
Çiyәlәklәri.
Kalları üzüb
Ağzına atır:
«Görsün nә dadır»
Yetirmişlәri—
Qırmızıları
Necә gözәldir,
Bir sapa düzüb
Muncuq düzәldir.