Şeirlər

İbrahim Yusifoğlu. Əriştə

- О hansı yeməkdi ki,
Un ələkdən ələnir.
Sonrasa xəmir olur,
Balaca kündələnir.
Bu balaca kündələr,
Oxlovla ovxalanır.
Doğram-doğram doğranıb,
Sonra ipdən sallanır.
... Hələ onu kündələr,
Tələb edir səriştə.
Aymir deyir: Ay nənə,
Əriştədir, əriştə.