Asim Yadigar. Bulaqlar
Yarıb sərt qayaları,
Coşub-daşdı bulaqlar.
Dağlardan dərələrə
Cığır açdı bulaqlar.
Durudu göz yaşı tək,
Parlar üzük qaşı tək,
Suyuna yağış düşcək
“Çığırışdı” bulaqlar.
Baxdım ayna bulağa,
Döndü ürəyim dağa,
Təmizliyə, saflığa
Çağırışdı bulaqlar.