Şeirlər

Muxtar Qasımzadə. Şərikli yorğan

Güllü yorğanı
Dəcəl Laləyə,
Salıb nənəsi,
Verib hədiyyə.
Hər gün həvəslə
Açır eyvana.
Pişik Lalədən
Qabağa düşüb
Çıxır yorğana.
Baxıb nənəyə
Gülür qızcığaz.
Deyir: ay nənə,
Belə şey olmaz.
Verdiyin paya
Olubdu şərik.
Yorğanın üstən
Durmayır pişik.
Kimindir axı
Bu yorğan indi.
Mənə vermisən,
Ya pişiyindi?!