Şeirlər

Ələsgər Nehrəmli. Bağça mahnısı

Ay uşaqlar, tələsin,
Bağça bizi gözləyir.
Tutaq dostun təzəsin,
Bağça bizi gözləyir.

 

Gəlin verək əl-ələ,
Deyək “bizdən kim gələ”.
“Gələnə” quraq tələ,
Bağça bizi gözləyir.

 

Oxuyub dövrə vuraq,
Bir yerdə evcik quraq.
Birgə yatıb, bir duraq,
Bağça bizi gözləyir.

 

Möhkəmlədək bədəni,
Olaq qoçaq, mədəni.
Sevək doğma Vətəni,
Bağça bizi gözləyir.