Şeirlər

Tofiq Qəbul. Pişik

“Pişik ala boyundu”,
Dik-dik qulaqları var.
“İşi tamam oyundur”,
Ən çox topla oynayar.

 

“Əlin asta basandır”,
Caynağı görünməyir.
“Bucaqları pusandır”,
Pusmaqdan ərinməyir.

 

“Səs-səmiri duyandır”,
Siçanlar əsir-yesir.
“Əl-üzünü yuyandır”,
Yumasa, yemək yemir.

 

Mənə hörmət qoyandır,
Tumarımı xoşlayır.
Hünərin var oyandır,
Xor-xoruna başlayır.