Elman Həbib. Ağlayan uşaq
Balaca Həbib
Necə ağlayır?!
Gündüz ağlayır,
Gecə ağlayır.
Anası deyir:
Yəqin ağrıyır.
Bircə şey bilir,
Elə ağlayır.
Kiçikdir hələ,
Doqquz aylıqdır.
Başındakı da
Sayal yaylıqdır.
Bacısı verib
Öz yaylığını.
Deyir, qoy kəssin
Ağlamağını.