Əli Kərim. Güclü qoca
O, birinci dəfəydi,
Karuselə minirdi.
Karuseli fırladan
Arıq qocanı gördü.
Fırlandı şirlər, atlar,
Filin üstündə Hafiz.
Sonra fırlandı şəhər,
Güllər, buruqlar, dəniz.
Düşündü: bu kişinin
Nə qədər gücü varmış.
Bu boyda bir dünyanı
Bir qoca fırladırmış.