İlyas Tapdıq. Şən qız
—Sәn Hara,
Bura һara,
Ay Anara?..
—Gәldim görüm
Nәnәmi.
O yellәdib nәnnimi.
Telimdә lent
Gәtirmişәm.
Dilimdә qәnd
Gәtirmişәm.
Mәn qurd dili bilirәm,
Tıppır-tıppır
gәlirәm,
Ayağımı yerә bәrk
döyә-döyә.
Yamsılayıram keçini,
öskürürәm:öһö!öһö!
Şәngül dә oluram,
Şüngül dә,
Mәngül dә...
Siz gülürsünüz,
Sonra da mәn gülürәm.
Mәngül olub
Qorxmuram,
Mәn gülürәm,
Gülürәm.
Hamını güldürürәm.
Nәnәmә bax,
Nәnәmә,
Deyir:
—Qәşәng Anara,
Bu gülüşdәn gül dәrirәm.
Hamıya pay
Göndәrirәm!