Şeirlər

Nəriman Həsənzadə. Nazim

Nazim anasının sözünə baxmır,

Anası Nazimin üzünə baxmır.

Oturub divanda başıaşağı,

Yenə yerlə gedir qaş-qabağı.

Nazim, bir söz deyim, sən mənə inan:

apar zibil at, barışsın anan.