Bəsti Cəfərzadə. Məktəbli nəvəmə
Hazırlaş, get məktəbə
Məktəb təhsil öyrədir.
Nizam - intizamlı ol
Müəllimlər çox deyir.
Yığ axşamdan çantanı
Dərslərini təkrarla.
Ananı da, incitmə
İşini gör vicdanla.
Cəm elə diqqətini
Yaxşı oxu, yaxşı yaz.
İstirahət də elə,
Arada dincəl bir az.
Ciddi yanaş dərsinə,
Müəllimə dərs danış.
Fikir ver öz səhvinə
Qiymət almağa çalış.