Paytaxtda 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
2025-2026-cı tədris ilində paytaxtda 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
BŞTİ-nin tabeliyindəki 295 ümumi təhsil müəssisəsində 928 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.
22.06.2026