Reyhan Ağabəyova. Anama kömək edirəm
Anam bir iş görəndə
Mən köməyə gəlirəm.
Nə etmək gərəkdirsə,
Özüm gözəl bilirəm.
Anamın köməkçiyəm,
Atamın köməkçiyəm.
Özüm qoca nənəmin,
Mən hər an gərəyiyəm.
Balaca buzovumun
Otunu mən verirəm.
Məstanıma yemək, su,
Toyuğa dən verirəm.