Zaur Ustac. iyun, İyul, Avqust
İYUN
İyun altıncı aydır,
Bu ay il yarı olur.
Bu ay gecələr qısa,
Gündüzlər uzun olur.
İYUL
“Yayın oğlan çağıdır”,
İyul belə adlanır.
Hər yerdən buxar qalxır,
Sanki, torpaq odlanır.
AVQUST
“Qora bişirən aydır”,
Avqust belə tanınır.
Alma, əncir sulanır,
Şanı, ətri ballanır