Şeirlər

Əziz Musa. Zoğal çiçəyi

Sapsarı olur,
Zoğal çiçəyi.
Qorxutmur onu,
Yazın küləyi.
Çox erkən açır,
Bağa nur saçır.
Qış onu görüb,
Bağlardan qaçır.