Şeirlər

Faiq Məmmədov. Düzgün cavablar

Çəmənlikdə nə bitir?
Gül-çiçək.

 

Gül-çiçəyə nə qonur?
Kəpənək.

 

Quşlar harda yatırlar?
Yuvada.

 

Harda qanad çalırlar?
Havada.

 

Qaranquş nə vaxt gəlir?
Baharda.

 

Balıq harda yaşayır?
Sularda.

 

Sənin neçə yaşın var?
Beş yaşım.

 

Kim öyrədib bunları?
Qardaşım.