Nəriman Həsənzadə. Azadlıq himni
Hər millətin, hər torpağın
Öz adı var, öz ünvanı.
Yağılara baş əyməyib
Azərbaycan qəhrəmanı.
Vahid vətən himnimizdir
Şəhidlərin axan qanı.
Nəsillərə yadigardır,
Zaman yazdı bu dastanı.
Üçrənglidir bayrağımız,
Qalxan bayraq enən deyil!
Mərd oğullar dar ayaqda
Öz andından dönən deyil!
O torpaq ki tapdalanır
Ayaq altda,
Vətən deyil!
O torpaqda bağ becərsən, –
Ot göyərib bitən deyil!
Millətlərə hürriyyətdi,
İstiqlaldır şüarımız.
Azadlığı, səadəti
Qorumaqdır qərarımız.
Azərbaycan - ana torpaq,
Qədim Odlar diyarımız.
Yaşadıqca Vətənimiz,
Ölsək, şəhid məzarımız!
22.05.2026