Şeirlər

Hikmət Ziya. Yanıltmaclar

Düzəltdim qışda qardan
Qar adamı, qar topu.
Oynadım Qara ilə
Qar üstündə qartopu.

 

Qardı… Qardı…
Baxsan qarğa
Qara qarğa
Baxdı qara,
Dönə-dönə
Dedi: -Qarr-qarr…
Dənə-dənə
Ulduzdu qar,
Bumbuzdu qar.

 

Şaxtababa
Şaxtalarda.
Qar altında
Çapa-çapa,
Bağça-bağı
Tapa-tapa,
Qar gətirir
Topa-topa
Bar gətirir
Oba-oba.