Şeirlər

Zaur Ustac. May

Ən gözəl bir ay gəldi,
Yurdumuza May gəldi.
Dağlarda qar əridi,
Çaylar yenə gücləndi.

 

May sevimli bir aydır,
Hər yan çalır, çağırır.
Mayda çiçəklər açır,
Hər yana ətir saçır.

 

May ən gözəl bir aydır,
Bu ay bayram ayıdır.
Hər yan yenə bəzənir,
Uşaqlar hey şənlənir.

 

May sevimli bir aydır,
Hər yan çalır-çağırır.
Bu ay bizim ayımız
Azərbaycan ayıdır!