Firidun Ağazadə. "Xor" sözü
"Xor" - 1
Düzülüb dəstə-dəstə,
“Hər birisi bir çiçək”.
Səhnənin ortasında
Əlvan səs topası tək
Uşaqlar xor oxuyur.
Qırmızı, yaşıl, sarı
Çəmən gülləri kimi,
Bir-birinə səs verən
Bahar selləri kimi
Uşaqlar xor oxuyur.
“Xor” –2
Kim xor baxsa zəhmətə,
Layiq olar töhmətə.