Atalar sözləri

Yaz fəsli ilə bağlı inanclar

Nərgiz çiçəyi yumulursa, yağış olacaq.


Buludlar sürətlə yuxarı qalxırsa, hava yaxşı olacaq.


Gecə cırcıramalar ucadan cırıldayırsa, hava yaxşı olacaq.


Çıxan ayın yanları uzun olarsa, deyirlər ki, həmin ay quraqlıq, qısa olarsa, yağmurlu keçəcək.


Günəşin ətrafında halqanın əmələ gəlməsi, yağmur əlamətidir.