Şeirlər

Nəbi Babayev. Bənövşə

Çəkilir duman,
Bəzənir meşə,
Nə tez solursan,
Sən, a bənövşə!
Gülür çöl, çəmən,
Sular çağlayır.
Qızlar çiçəkdən,
Dəstə bağlayır.

 

İnan sözümə
İndi, bənövşə!
Baxdı üzümə
Dindi bənövşə:
– Qəlbimi verdim
Mən yerə, göyə.
Bahar gətirdim
Sizə hədiyyə.