Şeirlər

Əjdər Ağayev. Sərhədçi

Ayıq-sayıq dayanıbdır sərhədçi,

Maviliyə boylanıbdır sərhədçi.

 

Səsi səsdən, izi izdən

Seçər o.

Dərələrdən, təpələrdən

Keçər o.

İti gözü sübhə kimi

Oyaqdır.

Əlindəki o üç rəngli

Bayraqdır.

 

 

Ayıq-sayıq dayanıbdır sərhədçi,

Maviliyə boylanıbdır sərhədçi.