Mirmehdi Seyidzadə. Lovğa çıraq
Çıraq gecə yanırdı,
Yaman loğvalanırdı.
Deyirlər:-Yaraşığım
Könül açan işığım,
Yayılıbdır dünyaya,
Dəyər Günəşə, Aya...
Açıldı aydın səһər,
Parıldadı şəfəqlər,
Göydə al Günəş yandı,
Yer üzü işıqlandı.
Yüz rəng aldı çiçəklər,
Uçuşdu kəpənəklər.
İşıqlandı һər otaq.
Ölgün görünüb çıraq.
Söndü bütün nəfəsi,
İtdi, getdi şöləsi.