Bu maraqlıdır!

Şerlok Holms haqqında 10 fakt

Şerlok Holms bütün detektivsevərlərin qəlbində özünə taxt qurmuş bir personajdır. Kitabları oxuyanlar da, oxumayanlar da bu adı əzbər bilir. Onun ən dolaşıq cinayətləri xüsusi deduktiv metodlarla çözə bilməsi məşhur xəfiyyəyə, belə demək olarsa, fanatlar ordusu bəxş edib. Amma yenə də Şerlok Holms haqqında ən maraqlı 10 faktı xatırlatmaq yerinə düşər.

 

1. Şerlok Holms tarixin ən çox ekranlaşdırılmış personajıdır.

 

2. Şerlok Holmsun yaşadığı ünvan London, Beyker-strit 221B-dir. Əsər yazılarkən belə bir ünvan olmayıb. Bu ünvanda ev yalnız kitabların populyarlığından sonra tikilib və hal-hazırda orada Holms muzeyi yerləşir.

 

3. Şerlok Holms haqqında məhz Artur Konan Doyla məxsus 4 povest və 56 hekayə var.

 

4. Şerlok Holmsun ilk rəsmi fan klubu (Sherlock Holmes Society) 1934-cü ildə yaradılıb və bu günə kimi fəaliyyət göstərir.

 

5. Heç bir kitabda bu barədə məlumat olmasa da, Şerlok Holmsun doğum günü 6 yanvar 1854-cü il hesab edilir.

 

6. Filmlərdə Şerlokun taxdığı papaq “deerstalker” adlanır. Qəhrəmanın bu baş geyimi kitabın illüstratorunun təxəyyülünün nəticəsidir.

 

7. Şerlok Holms Yapon döyüş növü olan baritsuya yiyələnmişdi. Professor Moriarti ilə Reyxenbax şəlaləsindəki döyüşü zamanı o, baritsu elementlərindən istifadə edirdi.

 

8. Şerlok Holmsun ekranda ilk nümayişi 1900-cü ilə təsadüf edir.

 

9. Artur Konan Doyl Holms haqqında yazdığı hekayələri ciddiyə almırdı. Odur ki, “Şerlokun sonuncu işi” hekayəsində Holms “dünyasını dəyişir”, amma oxucuların saysız-hesabsız qəzəbli məktublarından sonra yazıçı Holmsu “Baskervillərin iti” əsərində yenidən “dirildir”.

 

10. Rasim Cəfər Şerlok Holmsa ekran həyatı verən dahi aktyorlar sırasına adını yazdırıb.