Jan de Lafonten
XVII əsrdə yaşamış fransız yazıçısı, şair və vəkil Jan de Lafonten əsasən uşaq ədəbiyyatı yazıçısı kimi tanınır.
Jan de Lafonten 1621-ci ilin 8 iyulunda Şampan əyalətində Şato Tyerri şəhərciyində məmur ailəsində dünyaya göz açıb. Əvvəlcə kənd məktəbində, sonra Reyms kollecində oxuyub. Atası onun hüquq təhsili almaq üçün Parisdəki seminariyaya göndərib.
Gənc Jan antik müəllifləri oxuyub, fransız humanistlərindən Rable və Maroya rəğbət bəsləyib, fəlsəfə və poeziya ilə də maraqlanıb.
O, özünü ədəbi fəaliyyətə həsr etmək niyyəti ilə Parisə yollanıb. Onun təmsil formasında yazdığı hekayələr, yaxud mənzum novellalar həmişə həyatsevərliyi, poetik dil və üslub kamilliyi ilə seçilib.
1680-ci ildə şair on iki kitabdan ibarət təmsillər toplusunun nəşrini tamamlayıb. 1683-cü ildə Fransa Akademiyasının üzvü seçilib.
Jan de Lafonten 13 aprel 1695-ci ildə Parisdə vəfat edib.
14.04.2026