Şeirlər

Ramiz Qusarçaylı. Nə gözəl səslənir Şuşalı Vətən

Ad Şuşa adıdı,
yol Şuşa yolu,
Gün Şuşa günüdü,
il Şuşa ili,
Şuşanın içində Şuşa qurulur,
Şuşanın içində Şuşa tikilir.

 

Öpüb ulduzunu, öpüb ayını,
Öpüb hər rəngini çəkir gözünə, -
Göyü, qırmızını, yaşılı Vətən.
Nə gözəl sayrışır Şuşada bayraq,
Nə gözəl səslənir Şuşah Vətən!

 

Şuşanın içində Şuşa qurulur,
Şuşanın içində Şuşa tikilir,
“Şuşa, sən azadsan” təntənəsində,
Birliyin gücündə Şuşa tikilir,
Xalqın Qarabağa qayıdışında,
Tarixi köçündə Şuşa tikilir,
...Başlanır şəhərin yeni erası,
Yerinə qayıdır Üzeyir bəyin
Dağları oynadan uvertürası.

 

Min bəstə üstündə tikilir Şuşa,
Şikəstə üstündə tikilir Şuşa,
Yermə qayıdır Bülbülün səsi

Yerinə qayıdır Xan zənguləsi,
Çahargah nərəsi,
Segah naləsi.

 

Çıxır azadlığa damlanan damlar,
Damlanan qapılar,
o ah yerləri.

Yerinə qayıdır çəmənin ətri,
Yerinə qayıdır meşənin ruhu,
Yerinə qayıdır Vətənin ətri,
Yerinə qayıdır Şuşanın ruhu.

 

Hər daşın üstündə şəhid nəfəsi,
Hər daşın altında şəhid qanı var.
Şuşanın nəfəsi igid nəfəsi
Şuşanın ər sözü, hürr dastanı var.