Şeirlər

Mina Rəşid. Mənim adım buluddu

Mənim adım buluddu,
Yağış, qar, doluyam mən.
Gərək yağışa dönüb 
Gülləri sulayam mən.

 

Qışda qar da olaram,
Buz üstündə süzərəm.
Dolu olsam, evə qaç,
Yoxsa səni üzərəm. 

 

Buludlar toqquşanda
Mən şimşəyə dönərəm.
Evinizdən uzağam,
Qorxma, yanıb-sönərəm.