Gülzar İbrahimova. Qar və buz
Şaxta baba bilirsən,
Səni necə sevirik?
Səni hər Yeni ildə
Həsrətlə gözləyirik!
Amma ki, Şaxta baba,
Həsrət qalmışıq qara.
Bilmirik gedək hara
Qartopu oynamağa?
Gələndə bizə çoxlu,
Qırmızı torba dolu,
Qar və buz gətirərsən,
Bizi sevindirərsən!