Şeirlər

Gülzar İbrahimova. Dünyaya Sülh

Götürdüm rəngli qələm, 
Göy qurşağı çəkdim mən.
Sonra çəkdim uşaqlar,
Əllərində tutub şar.


Baxıb göy qurşağına, 
Sevinirdi uşaqlar... 
Sanki şəkil dil açdı,  
İnsan kimi danışdı...

 


Dövrə vurub uşaqlar,
Şən mahnı oxudular,
Dünyaya sevgi ilə,
Nəğmə dedilər belə:


"Biz sevirik Dünyanı, 
Gözəllikdir hər yanı,
Aydın, göy səması var,
Gül qoxan havası var!


Biz hamını sevirik, 
Biz Günəşi sevirik, 
Biz Dünyanı sevirik!
"Dünyaya Sülh", – deyirik!