Coşqun Xəliloğlu. Murad əsgər olacaq
Murad əsgər paltarın
Geyinibdi əyninə,
Oyuncaq avtomatın
Keçiribdi çiyninə.
Bax papağına onun,
Bir gör necə yaraşır,
Əsgər tək yeriyəndə
Böyüyür, məğrurlaşır.
Öyrənib “Əsgər marşı”n
Bilir nə qədər şeir,
“Dünyada ən yenilməz
bizim əsgərdi”, - deyir.
Murad çox istəyir ki,
Böyüyüb əsgər olsun,
Vətənə xidmət edib
Yurdumuzu qorusun.