Mirvari
Mirvari yaqanə heyvan mənşəli qiymətli daşdır. O, brilyant və ya zümrüd daşları kimi yeraltı mədənlərdə deyil, İkitaylı molyuskların çanağında formalaşır. Bəs çanağın içinə mirvari necə düşür? Qədim yunanlar hesab edirdilər ki, mirvarilər – su pərilərin bərkimiş göz yaşlarıdır. Orta əsrlərdə insanlar düşünürdülər ki, mələklər çanaqda yetimlərin və günahsız təhqir olunanların göz yaşlarını gizlədir, sonra bu göz yaşları mirvarilərə çevrilir. Əslində, mirvari – molyuskların özünümüdafiə əməklərinin bəhrəsidir. Çanağın daxilinə kənar obyekt və ya parazit düşəndə, orada mirvari formalaşır. Molyusklar bu kənar obyektdən qurtarmaq üçün, onu xüsusi maddə ilə bürüyür və beləliklə, özünü müdafiə edir.