Şeirlər
Rəsul Rza. "Dənizdən böyük"
Əziz Musa. Əsgər olacağam mən
Mina Rəşid. Sənəmin sevinci
Xanımana Əlibəyli. İşgüzar ulaq
Ulağa bax, ulağa,
Axşamacan görür iş.
Xurcunda hər gün bağa,
Daşıyır qarpız, yemiş.
O yeriyir gözünü
İstidən yuma – Yuma,
Güclə çəkir özünü,
Dizəcən girir quma.