Şeirlər
Mina Rəşid. Novruz Bayramı
Nurlana İşıq. Qar adam
Hüseyn Arif. Var mənim
Xanımana Əlibəyli. İnci
Bir körpə gülümsədi,
Elə bil nəsə dedi.
Anasına Sənubər
Bildirdi sevincini,
Göstərdi səhər-səhər
Ağzındakı incini.
Ana dedi: – Şad xəbər!
Qızımın çıxar dişi!
O bizimlə bərabər
Yeyəcəkdir bişmişi.