Sədi Şirazi. Lovğa şagird
Uşaq bir-iki kitab oxumuşdu, lakin çox lovğa idi. O, uzaq yol gəlib, müəllimdən bilik almaq, onun məktəbində oxumaq istədi. Müəllim onun lovğalığını bilib məktəbə qəbul etmədi.
Lovğa uşaq kor-peşman şəhərdən geri dönəndə böyük alim ona dedi ki, səndə bədgümanlıq, özündən razılıq var. Ona görə də geri qayıdırsan. Əgər özünü həmişə biliksiz bilsən, elmin yolu sənin üzünə açıq olar.
18.02.2022