
Sirli daş tikili olan Stounhenc İngiltərənin Ultşir qraflığında yerləşir. İngilis dilindən tərcümədə Stounhenc "daş hasar" mənasını verir. Bu abidə də qədim zamanlardan dövrümüzə gəlib çatan bir çox tikili kimi sirlərlə doludur. Mülahizələrdən birinə görə o, bir vaxtlar bu yerlərdə məskunlaşmış qədim kelt kahinlərinin ibadət yeri olub. Digər bir mülahizəyə görə, Stounhenc bütpərəst kraliça Boadiseyanın məqbərəsidir. Daha bir mülahizəyə görə, bu tikili planetlər üzərində müşahidə aparmaq üçün nəzərdə tutulmuş qədim rəsədxanadır. Yerli əfsanələr isə Stounhenci kral Arturun sarayında cadugərlik edən sehrbaz Merlinin adı ilə bağlayır.
Müasir arxeoloqlar Stounhencin bizim eradan əvvəl 3500-cü ildən 1100-cü ilə qədər olan zaman çərçivəsində tədricən tikildiyi qənatına gəliblər. Tikili çəkisi 5 tondan 50 tona qədər olan nəhəng daş parçalarından ibarətdir. Daş parçaları bir necə tağ şəklində qurulub və tağların hər biri dünyanın müəyyən tərəfinə baxır. Ağır daşları qaldıra biləcək texnikanın olmadığı dövrdə qədim insanlar belə tikilini necə qura bilərdilər? Stounhencin tikiliş texnologiyası da heyrət doğurur: zəlzələ zamanı yeraltı təkanların təsirini azaltmaq üçün daşlar xüsusi platformalar üzərinə qoyulurmuş.
1998-ci ildə alim-astronomlar kompüter vasitəsi ilə Stounhencin ilkin quruluşunu yaradır, onun üzərində tədqiqat aparır və maraqlı fakt ortaya çıxarırlar. Məlum olur ki, tikili ilk ehtimallara görə yalnız günəş və ay təqvimi kimi istifadə olunmayıb. Bu möhtəşəm abidə eyni zamanda özündə Günəş sisteminin eninə kəsilmiş modelini ifadə edir. Bu modelə əsasən Günəş sistemi bizim hazırda fikirləşdiyimiz kimi 8 planetdən deyil 12 planetdən ibarətdir.
28.10.2014