Xəbərlər

Məşhur uşaq şeirlərinin müəllifi olan Mixail Yasnov vəfat etdi

Rusiyanin tanınmış uşaq yazıçısı Mixail Yasnov 74 yaşında vəfat edib. Mixail Yasnov xüsusilə uşaqlar üçün şeir kolleksiyaları ilə məşhur idi. O, həmçinin tərçüməçi kimi də tanınırdı. Yasnov uşaqlar üçün yüzdən çox kitab, şeir və nəsr yazmışdır. Yasnov uşaq ədəbiyyatından əlavə Fransız şairləri və yazıçılarınının əsərlərini tərcümə edib. 


Yazıçı, Samuil Marşak mükafatı, Korney Çukovski mükafatı və Qızıl Qartal ordeni daxil olmaqla bir sıra ədəbi mükafatların sahibi olub.


Mixail Yasnovun “Əsnəmək üçün çarə” adlanan ilk kitabı 1979-cu ildə nəşr olunub. Şairin məşhur “Çuçelo-Myauçelo” şeiri orada çap olundu. Bir neçə il sonra SSRİ-də eyni adlı xarakterli bir cizgi filmi çəkildi. 
Yasnovun şeirlər bir sıra Avropa dillərinə - fransız, ingilis, polyak, eston, latış, rumın dilinə tərcümə edilmişdir. Uşaqlar üçün çox sayda yazı, kaset, şeir və mahnı yazılan CD-lər yazılaraq buraxılmışdır.


Qeyd üçün, Mixail Yasnov 1946-cı ildə Leninqradda anadan olub. 1970-ci ildə Jdanov adına Leninqrad Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, bundan sonra uşaqlar üçün bədii tərcümələr edib.