Təbiət

Ən gənc okean - Atlantik okeanı

Atlantik okeanı sahəsinə görə Sakit okeandan sonra ikinci yerdədir. O, Yer səthinin təxminən 20 faizini, yəni beşdəbirini əhatə edir. Əgər bütün okeanların suyunun dadına baxa bilsək, görərik ki, onlar arasında ən duzlusu Atlantik okeanıdır. Bundan başqa, Atlantik okeanı ən gənc okeandır. O, digər okeanlardan sonra yaranıb. Formasına görə nəhəng “S” hərfini xatırladan Atlantik okeanı Şimal Buzlu okeandan Antarktidaya qədər uzanır.

Hər gün Atlantik okeanından milyonlarla ton balıq ovlanır. Bu, dünyanın gündəlik balıq ovunun yarısından çoxunu təşkil edir. Təəssüf ki, görülən tədbirlərə baxmayaraq, Atlantik okeanı çirklənməyə davam edir. Zəngin təbii ehtiyatları qorumaq üçün okeanın çirklənməsinin qarşısını almaq bəşəriyyətin qarşısında duran ən vacib məsələlərdən biridir.