Yumşaq çanaqlı tısbağa
Çanağı möhkəm olan tısbağalardan fərqli olaraq yumşaq çanaqlı tısbağaların çanağı adından da göründüyü kimi yumşaq olur. Bu tısbağaların sümükləri birlikdə böyümür və üstü yumşaq tünd dəri ilə örtülüdür. Bu tısbağa həmçinin «yumşaq bədənli» də adlanır.
Yumşaq bədənli tısbağaların əsas xüsusiyyətləri demək olar ki, tamamilə sudakı həyat tərzinə uyğunlaşma ilə əlaqələndirilir.
Bundan əlavə, yumşaq bədənli tısbağaların heyrətləndirici bir xüsusiyyətidə odur ki, tısbağanın dərisinin nəfəs alma qabiliyyəti var, buna görə kapilyarlarla zəngin şəkildə təchiz olunub.
Yumşaq çanaqlı tısbağa Afrika, Asiya və Şimali Amerikada yayılıb.
Bütün növləri əsasən suda həyat tərzi keçirir. Şəffaf və az duzlu sularda yaşayırlar. Bu tısbağalar yaxşı üzür, lakin sualtı bir həyat tərzinə, yəni çöküntülər, qum və ya hamar torpaqları olan yerlərə üstünlük verirlər.
Əksər növlər su onurğasızları, balıqlarla qidalanır. Böyük fərdlər kiçik məməlilərə, su hövzəsinin üzərində üzən su quşu balalarına hücum edə bilərlər.