Xəbərlər

Bu gün Beynəlxalq Pi günüdür

Hər il 14 mart tarixi dünyanın ən qeyri-adi bayramlarından olan beynəlxalq Pi rəqəm günü kimi qeyd olunur.


Bu gün 1987-ci ildə ABŞ alimi Larri Şou tərəfindən təsis edilmişdir. Fizikin nəzərincə, tarix qeydiyyat sistemində (gün/ay) 14 mart – 3/14 və saat 1:59 Pi (3,14159) rəqəmləri ilə uyğun gəlir.


Pi rəqəmi çevrənin uzunluğunun onun diametrinə olan  nisbətini ifadə edən riyazi sabitdir və rəqəmli ifadədə π 3,141592… kimi başlanır.


Biz artıq orta məktəbin aşağı siniflərində dairə və çevrəni öyrənməyə başlayanda bu qeyri-adi sayla rastlaşırıq.