Martın 10-da birinci sinfə qəbulun elektron qeydiyyatı başlayır
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.
O bildirib ki, sistemdə elektron qeydiyyat martın 10-dan aktivləşəcək.
02.03.2020