Xəbərlər

Nəzəriyyədən təcrübəyə - məktəb laboratoriyaları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki əksər ümumtəhsil müəssisələrində fizika, kimya, biologiya fənləri üzrə laboratoriyalar fəaliyyət göstərir.

 

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təhsil müəssisələrində mövcud olan çoxsaylı və geniş təchizatlı müasir laboratoriyalar şagirdlərin nəzəri biliklərini praktikada tətbiq etmək imkanı verir.

 

Kimya, fizika və biologiya laboratoriyaları dərs məşğələlərinin praktik təcrübə əsasında daha səmərəli keçməsi, şagirdlərin nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, onların təlimdə motivasiyasının yüksəldilməsi üçün xüsusi şərait yaradır.

 

Tədris prosesi zamanı şagirdlər izah olunan nəzəri bilikləri laboratoriyalar vasitəsilə praktiki olaraq daha dərindən mənimsəyirlər.