Xəbərlər

Bakı məktəbliləri beynəlxalq festivalda

Paytaxt məktəbliləri “Zima-2019” beynəlxalq uşaq festivalının final mərhələsində uğurla çıxış ediblər.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, bu qurumun tabeliyindəki 17 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ömər Nəcəfov, 32 nömrəli tam orta məktəbin X sinif şagirdi Niyaz Qurbanov, 60 nömrəli tam orta məktəbin V sinif şagirdi Fəxriyyə Əliyeva, 102 nömrəli tam orta məktəbin V sinif şagirdi Sona Əzizova, 189-190 nömrəli tam orta məktəbin VII sinif şagirdi Aylin Nağıyeva, 160 nömrəli Klassik gimnaziyanın VI sinif şagirdi Cəlal Bəşirli festivalın final mərhələsində Azərbaycan və dünyanın məşhur hitlərini səsləndiriblər. Şagirdlərin parlaq ifaları böyük maraqla qarşılanıb.


Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Fransa və Böyük Britaniyadan 100-dən çox istedadın qatıldığı müsabiqədə finala vəsiqə qazanan məktəblilərə diplom və xatirə hədiyyələri təqdim edilib.