Mədəniyyət Mərkəzində “Mən bu cahana sığmazam” adlı ədəbi–bədii gecə keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binə qəsəbə Mədəniyyət Mərkəzində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Mən bu cahana sığmazam” adlı ədəbi–bədii gecə keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir “Odlar Yurdu” rəqs qrupunun “Yüz bir” rəqsi ilə açılıb.
Bədii rəhbər Gülxanım Abbasova İmadəddin Nəsimi yaradıcılığı haqqında tamaşaçılara məlumat verib. Sonra “Rəssamlıq” kursunun hazırladığı sərgi tamaşaçılara təqdim edilib. Bədii qiraətçilər Nəsiminin qəzəllərini söyləyiblər.
25.11.2019