Xəbərlər

Sabunçu rayonunda və Gəncə şəhərində uşaq hüquqları ilə əlaqədar seminarlar keçirilib

Noyabrın 20-si  Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur. 


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə,  bununla əlaqədar Sabunçu rayonunda və Gəncə şəhərində maarifləndirmə tədbirlərini təşkil edilib.


Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “ASAN xidmət” könüllülər üçün uşaq hüquqları mövzusunda maarifləndirici seminar təşkil edilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) şöbə müdiri Rəşid Rumzadə və Azərbaycan Qızıl Aypara Cəmiyyətiin “İcmaya əsaslanan sağlamlıq” proqramının əlaqələndiricisi Mətanət Qaraxanovanın apardığı  seminarda Uşaq Hüquqları Konvensiyanın – yaşamaq, müdafiə, İnkişaf və İştirak hüququ kimi kateqoriyaları barədə geniş  məlumatlar verilib. İştirakçılar bəzi uşaq hüquqlarına  dair qrup işləri və təqdimatlar ediblər.


Gəncə şəhərində 1 saylı uşaq poliklinikasında “Uşaq hüquqları - pediatrlar nə edə bilər” mövzusunda seminar təşkil olunub. Tibb işçilərinə Uşaq Hüquqları Konvensiyasında yer alan uşaq sağlamlığı ilə bağlı maddələr xüsusi izah olunub və uşaqların sağlamlığının keşiyində həyata keçirilən tədbirlərdə  fəal iştirak etmək tövsiyə olunub.