
Görün indi bizim əlimizdə nə qədər müxtəlif əşya var. Amma bir vaxtlar, qədim dövrdə nə qəhvədan, nə karandaş, nə velosiped, nə televizor var idi. Hazırda biz onlarsız həyatımızı təsəvvür edə bilmirik.
Belə lazımlı əşyalar olmadığı üçün insanlar onları yerin altından qazıb çıxarmağa məcbur oldular. İlk əvvəl əcdadlarımız qəhvədanlar, qazanlar, açarlar, daha sonra paravozlar və paraxodlar çıxarmağı öyrəndilər. İllər ötdü insanlar müxtəlif elmlərə yiyələndikcə yerin altından təyyarələr və kosmosa uça bilən kosmik gəmilər də tapmağa başladılar.
Düzdü, bunların heç biri yerin altından hazır çıxmırdı. Axı hazır halda yerdən heç mismar da tapmaq olmaz, əgər onu kimsə itirməyibsə. Bunların hamısı orda xammal halında, yəni faydalı qazıntı şəkilindədir.
Bəs niyə görə faydalı?
Niyə görə qazıntı?
Ona görə ki, bizə faydalı olan şeyləri tapmaq üçün çoxlu torpaq qazıb çıxarmaq lazım gəlir.
6-cı nağıl. Asfaltın nağılı.
Asfalt boz görünsə də, əslində zülmət kimi qaradır. Onun əcdadı da faydalı qazıntıdır. Bəli əcdadı, qazıntıdır! Asfaltın əcdadı Bitum və Neft yerin dərinliyindən çıxıb. Çıxanda heç ağlına da gəlmirdi ki onlardan Asfalt düzəldib yolları döşəyəcəklər. Onun heç yer üzündə olan yollardan da xəbəri yox idi. Axı yerin altındakı dünyada yollar yoxdur.
Amma burda, yer üzündə həmişə, kimsə, harasa tələsir, təkərlər fırlanır, ayaqlar addımlayır. Onların heç biri hamar yol olmadan hərəkət etmək istəmir. Bəli yer üzündə rahat hərəkət etmək üçün yollar lazımdır. Axı yaşayırsansa hərəkət də etməlisən.
Düzdür Asfaltın özü hərəkət etmir, o sadəcə yolu örtür. Yəni hər kəsin və hər şeyin rahat hərəkət etməsi üçün özünü fəda edir. Bu isə özünün hərəkət etməsindən daha vacibdir!
Onun boz olması isə sadəcə üstünə yığılan tozdandır. Axı toza batmadan faydalı iş görmək mümkün deyil. Eh... bizə yer üzündə faydalı ola biləcək şeyləri tapmaq üçün görün bir nə qədər torpaq qazmaq lazım gələcək.
22.05.2014