Yerdən ən uzaq məsafədə yerləşən, Günəş sisteminə daxil olan səkkizinci planetdir. Diametrinə görə dördüncü, çəkisinə görə isə üçüncü planet hesab olunur. Neptunun çəkisi Yerdən 17,2, diametri isə 3,9 dəfə böyükdür.
1846-cı il sentyabrın 23-də kəşf edilən Neptun vizual müşahidə yolu ilə deyil, riyazi hesablamalar nəticəsində aşkarlanan ilk planetdir.
Tərkibinə görə Urana çox oxşardır. Dərinliklərində iri buz kütlələri olan hər iki planet “buzlu nəhəng” kateqoriyasına aid edilir.
Yupiter və Saturn kimi digər nəhəng planetlərdən kəskin şəkildə fərqlənir. Bununla belə Neptunun atmosferini Yupiter və Saturnun atmosferi kimi, əsasən hidrogen və helium qazları təşkil edir. Onun nüvəsi Uranda olduğu kimi, əsasən buzlardan və dağ suxurlarından ibarətdir.
Atmosferinin üst qatlarındakı metan qazının izləri planetə mavi rəng verir. Neptunun hazırda 14 peyki məlumdur.
11.04.2014