Bu maraqlıdır!

Dünyanın ən məşhur səkkiz zooparkı. San Diyeqo zooparkı

San Diyeqo zooparkı sahəsinə görə dünyanın ən böyük zooparkı olmasa da olduqca məşhurdur. Bu zoopark  burada qorunan heyvan və bitkilərin çeşidinə görə tanınır. Zooparkın sahəsi təxminən 40 hektardır. Burada 3700-dək nadir və nəsli kəsilməkdə olan heyvan qorunur. 
 
Zooparkda  nəsli kəsilməkdə olan panda və koala növləri də vardır. San-Diyeqo zooparkı koalanın vətəni hesab edilən Avstraliyanı çıxmaqla ən zəngin koala kolleksiyasına malik yerdir. İnsan nəzarəti altında dünyaya gələn ilk panda da məhz San-Diyeqo zooparkının sakinidir. 
 
Zooparkın yumşaq subtropik iqlimi burada istisevən heyvanların yaşamasına imkan verir. Lakin zooparkda qütb heyvanları (ağ ayılar, pinqvinlər, şimal maralı moryankalar, şimal tülküsü və s. heyvanlar) da yaşayır. Bu heyvanları zooparkın istisindən qorumaq üçün onlara dondurulmuş ərzaqlardan hazırlanmış qidalar verilir. 
 
Burada fil, şir, yaquar, hepard, timsah, dəvə, zürafə, antilop, zolaqlı kaftar, leylək, tısbağa, triton, adi və quru qurbağaları, hətta hörümçəklər saxlanılır. 
 
Burada nadir heyvanları: oranqutanqları, siamaq hibbonlarını, bonobo şimpanzelərini, Konqo tovuzquşusunu, karlik begemotlarını, okapiləri, Sumatra pələnglərini, Malayziya ayılarını görmək olar. 
 
Dünya tarixində ilk dəfə San–Diyeqo zooparkında heyvanlar qəfəsdə deyil, açıq mühitdə nümayiş etdirilmişdir. Heyvanları görmək istəyənlər zooparkı piyada gəzməlidir. Zooparkda həmçinin avtobus turları da fəaliyyət göstərir. Ekzotikanı sevənlər üçün isə zooparkda “Skayfari” adlanan kanat yolu var. Bu yol ziyarətçilərə zooparkı quş uçuşu hündürlüyündən izləməyə imkan verir.